CEC
Arxeologiya sərgisi

XEM- nin təqdim etdiyi bu yeni sərgidə sizi Daş, Mis, Dəmir, Orta əsr və bugünkü dövrümüzü əhatə edən xronoloji lövhə, BTC və CQBK kəmərlərinin marşrutunda tapılan artefaktlar, arxeoloji oyun və biri – birindən maraqlı məlumatlar gözləyir. Arxeologiya haqqında çəkilmiş film də bu sərginin bir hissəsidir. Bu filmdə qədim adət - ənənələr, tarixi hadisələr və onların bu günki günümüzdə öz əksini tapması təsvir olunub. Bundan başqa dünyanın ən qədim insanının haradan tapıldığını, qədim dövrün xəstəlikləri, pəhrizləri, Qız qalası haqqında sirrli faktları öyrənmək istəyirsinizmi? Elə isə sizi “ Qədim tarix boru kəmərləri ilə oyanır” sərgisinə dəvət edirik.